Son dəyişiklik tarixi 01.12.2023-cü il


MƏXFİLİK SİYASƏTİ

Bu Məxfilik siyasəti (“Siyasət”) “PashaPay” MMC tərəfindən Sizin fərdi məlumatlarınızın işlənməsi ilə bağlı məxfilik bildirişidir. Fərdi məlumatlarınızın mühafizəsi bizim üçün vacibdir və biz Sizin fərdi məlumatlarınızın tam şəkildə mühafizəsini  təmin etməyə çalışırıq.
Bu Siyasət vasitəsilə Siz bizim kim olduğumuz və fərdi məlumatlarınızı hansı məqsədlərlə topladığımız və işlədiyimiz, fərdi məlumatlarınızı ötürdüyümüz və açıqladığımız üçüncü şəxslər, həmçinin fərdi məlumatlarınızın mühafizəsini necə təmin etdiyimiz və bu məlumatları hansı müddətə saxladığımız ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

1.    Haqqımızda

“PashaPay” MMC (VÖEN:1300615891) Azərbaycan Respublikası ərazisində təsis edilmiş və AZ1010, Bakı şəhəri, Nefçilər prospekti, ev 153 ünvanında fəaliyyət göstərən ödəniş xidməti təchizatçısıdır (“PashaPay”).
-      Elektron poçt ünvanı: [email protected]
-      Telefon nömrəsi: 8810

2.    Topladığımız məlumatlar

Keyfiyyətli xidmət göstərmək və m10 platformasından (“platforma”) istifadəni təmin etmək üçün Sizin haqqınızda platforma, o cümlədən PashaPay-a məxsus və onunla hüquqi bağlılığı olan proqram təminat(lar)ı, ödəniş terminalları, bankomatlar, internet səhifələri və digər kanallar vasitəsilə aşağıdakı məlumatları toplaya bilərik:
2.1. Ad, soyad, ata adınız;
2.2. Doğum tarixi və yeriniz;
2.3. Yaşayış / qeydiyyat ünvanınız;
2.4. Şəxsiyyətinizi təsdiq edən sənəd barədə məlumatlar;
2.5. Aşağıdakılar da daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtilə zəruri maliyyə məlumatları:
2.5.1.    Ödəniş hesabınızın məlumatları;
2.5.2.    Ödəniş kartınızı emissiya edən təşkilatın və hesabınıza xidmət göstərən ödəniş xidməti təchizatçısı barədə məlumatlar;
2.5.3.    Kredit, debit və ya digər ödəniş kartı məlumatları, ödəmə metodunuz haqqında məlumatlar;
2.5.4.    Bank hesabınızda və ya digər ödəniş hesablarınızda olan vəsaitin məbləği;
2.5.5.    Kredit tarixçəniz;
2.5.6.    Kreditin qaytarılması qrafiki;
2.5.7.    Ödəniş əməliyyatı məlumatlarınız (əməliyyatı eyniləşdirməyə etməyə imkan verən nömrə, əməliyyatın tarixi və məbləği, qəbul edən şəxsin, ticarət nöqtəsinin adı və ünvanı, ticarət nöqtəsinin fəaliyyət kodu (MCC) və digər məlumatlar).
2.6. Aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtilə cihaz məlumatlarınız:
2.6.1.    Telefon, kompüter və ya digər cihazın IP ünvanı;
2.6.2.    Cihazın markası, əməliyyat sisteminin növü, brauzer və digər məlumatları;
2.6.3.    Real vaxt rejimində məkan məlumatları;
2.6.4.    Cihaz barədə Sizi eyniləşdirməyə etməyə imkan verən digər məlumatlar (məsələn, cihazın İMEİ nömrəsi, MAC adresi və s.);
2.6.5.    Statistik istifadə məlumatları: Məhsullarımız üzrə Sizin hərəkətləriniz və məhsullarımızdan istifadəniz barədə digər məlumatlar, bununla məhdudlaşmamaq şərtilə veb tarixçəsi, axtarış tarixçəsi, performans diaqnostik məlumatlar və s.
2.7. Elektron poçt ünvanı;
2.8. Telefon nömrəsi;
2.9. Audio, video, vizual və ya digər oxşar məlumat: Müştəri xidməti ilə danışdığınız zaman zəng qeydləri və s.;
2.10. Əmək (iş yeri, iş stajı, əmək haqqının məbləği və digər məlumatlar) və sosial sığorta məlumatları;
2.11. Biometrik məlumatlar (barmaq izi, üz şəkli, səs yazısı və s.);
2.12. Kukilər. İnternet səhifələrimizə daxil olarkən biz sizdən kukilər vasitəsilə fərdi məlumatlarınızı toplaya bilərik. Kukilər cihazınızı eyniləşdirməyə imkan verən kiçik mətn fayllarda yerləşən məlumatlardır. Həmin məlumatları işləməkdə əsas məqsədimiz davranışınızı analiz etməkdir. Anlayırıq ki, istifadə etdiyimiz kukilərin növündən asılı olmayaraq məlumatlar Sizin şəxsiyyətinizi müəyyən etməyə imkan verirsə, həmin məlumatlar fərdi məlumatlar hesab olunur və onlar qanunvericiliyə uyğun olaraq işlənilməlidir;
2.13. Sizin razılığınız olduğu təqdirdə kontaktlarınızın siyahısı (telefon nömrələri, e-mail ünvanları, kontaktlarla əlaqəli olan istifadəçi adları daxil olmaqla).

3.    Məlumatların toplanılması prosesi

Bizdə olan fərdi məlumatlarınız Sizin və hər hansı üçüncü tərəfin (resursun) bizə təqdim etdiyi məlumatlar və ya bizim digər mənbələrdən topladığımız məlumatlardan ibarətdir. Toplanma mənbəyinə görə fərdi məlumatlarınızı aşağıdakı kimi qruplaşdırırıq:
3.1.        Birbaşa Sizdən əldə etdiyimiz məlumatlar. Ən çox işlədiyimiz məlumatlar bu kateqoriyadan olan məlumatlardır. Bu cür məlumatlara ad, soyad, ata adı, ünvan, doğum tarixi, doğum yeri, maliyyə məlumatları və digər məlumatlar daxildir.
3.2.        Sizdən platformadan istifadəniz zamanı topladığımız məlumatlar. Bu məlumatlar, əsasən, Sizin cihazınız barədə topladığımız məlumatlar, həmçinin platforma və məhsullarımızdan istifadəniz nəticəsində əldə etdiyimiz məlumatlardan ibarətdir.
3.3.        Açıq mənbələrdən topladığımız məlumatlar. Biz açıq mənbələrdən Sizin haqqınızda məlumatlar toplaya bilərik. Bu cür açıq mənbələr internet səhifələri, sosial şəbəkələr, peşəkar media və digərlərindən ibarətdir.
3.4.        Üçüncü tərəflərin təqdim etdiyi məlumatlar. Bu növ məlumatlar ad, soyad, ata adı, ünvan, doğum tarixi, doğum yeri, ailə tərkibi, maliyyə, sığorta və sair məlumatlar daxildir.  Bizə bu məlumatları üçüncü tərəflər təqdim edirlər. Bu məlumatların ötürülməsi üçün hüquqi əsasın müəyyən edilməsi həmin məlumatların mülkiyyətçisi olan üçüncü şəxslərin səlahiyyətində olduğu üçün, bununla bağlı biz heç bir məsuliyyət daşımırıq.

4.    Məlumatlarınızı toplama məqsədlərimiz

Biz “məhdud məqsəd” prinsipinə riayət edirik və bu səbəbdən fərdi məlumatlarınızı yalnız spesifik məqsədlər üçün toplayırıq və işləyirik. Həmin məqsədlər aşağıdakılardan ibarətdir:
4.1. Sizə keyfiyyətli xidmət göstərmək. Bizdən sifariş etdiyiniz xidmətləri göstərə bilməyimiz üçün fərdi məlumatlarınızı işləməliyik. Məsələn, ödəniş hesabı aça bilməyiniz üçün biz sizin ad, soyad, ata adı, telefon nömrəsi, şəxsiyyət vəsiqəsi məlumatları və sair məlumatlarınızı, pul köçürmələri üçün sizin və qəbul edən şəxsin məlumatlarını işləməli oluruq.
4.2. İstifadəçi davranışının qiymətləndirilməsi. Biz sosial skorinq (qiymətləndirmə) etmirik, lakin məhsullarımızı və platformalarımızı tələblərə uyğun qurmaq üçün istifadəçi davranışını təhlil etməli ola bilərik. Bu, bizə xidmətlərimizi təkmilləşdirməkdə və Sizə ən uyğun məhsulları təklif etməkdə kömək edə bilər.
4.3. Maliyyə və risk skorinqi (qiymətləndirilməsi). Sizə xidmətlər təklif etmək üçün Sizin maliyyə vəziyyətinizi qiymətləndirə bilərik. Məsələn, hər hansı məhsulun satışı Sizin gəlirinizdən asılıdırsa, Sizin gəlirinizi həm Sizin platformadan istifadə zamanı topladığımız, həm də digər mənbələrdən əldə etdiyimiz məlumatlar əsasında qiymətləndirə bilərik.
4.4. Marketinq. Sizə bizim və tərəfdaşlarımızın göstərdiyi xidmət və məhsullardan uyğun olanlarını təklif edə bilmək üçün fərdi məlumatlarınızı işləyirik. Məsələn, Sizə maraqlı ola biləcək məhsullarımızı sizə təqdim etmək üçün məlumatlarınızı işləyə bilərik. Həmçinin məsələn Sizinlə əlaqə saxlayıb tərəfdaşlarımızın kredit məhsullarını təklif edə bilərik.
4.5. Tərəfimizdən göstərilən xidmətlərin təkmilləşdirilməsi.  Məsələn, yeni məhsullar və funksiyalar hazırlamaq, yaranmış problemləri aradan qaldırılmaq, xidmətləri sınaqdan keçirmək, araşdırma aparmaq və statistik təhlil etmək üçün Sizin fərdi məlumatlarını işləyə bilərik.
4.6. Təhlükəsizliyin təmin edilməsi. Xidmətlərimizin və məhsullarımızdan istifadənizin təhlükəsizliyini təmin etmək məqsədilə biz təhlükəsizlik tədbirlərimizi təkmilləşdiririk. Bu məqsədlə biz sizi və əməliyyatlarınızı autentifikasiya etmək üçün fərdiləşdirilmiş təhlükəsizlik məlumatları ilə təmin edirik.
4.7. Sizinlə əlaqə saxlanılması. Bizə ehtiyac duyduğunuz zaman, məsələn, müştəri xidməti komandamıza göndərdiyiniz suala cavab vermək kimi Sizinlə əlaqə saxlaya bilərik
4.8. Qanunvericiliyə riayət etmək. Qüvvədə olan qanunvericiliyə riayət etmək və ya qanunvericiliyin tələblərini icra etmək üçün məlumatlarınızı işləyə bilərik.

5.    Məlumatların saxlanılması

5.1. Biz məlumatlarınızı daxili məlumat emalı mərkəzlərimizdə və bulud infrastrukturumuzda saxlaya bilərik. Hazırda biz Sizin məlumatlarınızı aşağıda qeyd olunan yerlərdə saxlayırıq:
5.1.1.    Daxili məlumat emalı mərkəzlərimizdə;
5.1.2.    PASHA Technology” MMC-nin bulud infrastrukturunda.
5.2. Məlumatlarınızı qeyri-müəyyən, lakin bu Siyasətdə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün lazım olan müddətdə saxlayırıq. Bu Siyasətə uyğun olaraq məlumatlarınızı işləmək zərurəti olmadıqda, biz məlumatları məhv edəcəyik və onların surətlərini siləcəyik.

6.    Məlumatların təhlükəsizliyinin təmin edilməsi

Biz şifrələmə, heşinq, psevdonimizasiya (ləqəbləşdirmə) və digər qabaqcıl təşkilati və texniki tədbirlər tətbiq etməklə məlumatlarınızın təhlükəsizliyini təmin edirik. Məlumatlar məlumat emalı mərkəzində və ya bulud infrastrukturunda saxlanılarkən və mübadilə edilərkən, biz onları şifrələyirik.

7.    Məlumatların ötürülməsi

7.1. Yuxarıda açıqladığımız kimi, biz özümüzün və tərəfdaşlarımızın məhsullarının marketinqini həyata keçirir və onları təkmilləşdiririk. Bundan əlavə, biz banklardan, bizə texniki dəstək göstərən şəxslərdən, məsləhətçilərdən və digər üçüncü şəxslərdən xidmətlər alırıq. Bu məqsədlə bəzən məlumatlarınızı üçüncü tərəflərə ötürə bilərik. Üçüncü tərəflər dedikdə, bununla məhdudlaşmayaraq, aşağıdakılar nəzərdə tutulur:
7.1.1.    Müəyyən məlumatları tələb etməyə səlahiyyəti olan dövlət orqanları;
7.1.2.    Məhkəmələr.
7.1.3.    Auditorlar;
7.1.4.    Məsləhətçilər;
7.1.5.    Ödəniş agentləri;
7.1.6.    Texniki, marketinq, analitika, rabitə, texnologiya, data və digər xidmət təminatçıları;
7.1.7.    “PASHA Holding” MMC qrupuna daxil olan şirkətlər;
7.2. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulan qaydada ödəniş əməliyyatının icrası üçün zəruri olan Sizə aid məlumatların üçüncü şəxslərə verilməsi bu Siyasətin tərəfimizdən pozulması hesab edilmir.
7.3. Bütün hallarda fərdi məlumatlarınızın üçüncü şəxslərə ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
7.4. Ödəniş əməliyyatların icrası daxil olmaqla xidmətlərimizin göstərilməsi, o cümlədən bu Siyasətdə sadalanan digər məqsədlərin icrası üçün Siyasətin 2-ci bəndində siyahısı müəyyən edilən məlumatlarınızı qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət sərhədindən əlaqədar beynəlxalq təşkilatlara, başqa ölkələrin dövlət və ya yerli özünüidarə orqanlarına, hüquqi və ya fiziki şəxslərinə (transsərhəd) ötürə bilərik.

8.    Siyasətə dəyişikliklər

Xahiş edirik, nəzərə alasınız ki, biz bu Siyasəti müntəzəm olaraq yeniləyə və ona dəyişikliklər edə bilərik. Yenilənmiş və ya dəyişikliklər edilmiş Siyasətqüvvəyə minməzdən ən azı 30 (otuz) gün əvvəl Sizə m10 platforması vasitəsilə bildiriş təqdim etməklə məlumat təqdim edəcəyik. Bu müddət ərzində dəyişikliklərlə bağlı öz etirazınızı bildirməsəniz bu dəyişikliklər tərəfinizdən qəbul olunmuş hesab ediləcəkdir.

9.    Məsuliyyət

9.1. Siz təqdim etdiyiniz məlumatların düzgünlüyünə, yenilənmiş olmasına və tamlığına görə tam şəkildə məsuliyyət daşıyırsınız. Yanlış məlumat təqdim etdiyiniz təqdirdə Sizin qeydiyyatınız və / və ya bizim səhifə və platformamızdan istifadənizi dayandıra və ya imtina edə bilərik. Sizin tərəfinizdən təqdim edilmiş məlumatın doğru olmamasının Sizin üçün yaratdığı mənfi nəticələrə görə biz heç bir məsuliyyət daşımırıq.
9.2. Siz təsdiq edirsiniz ki, yetkinlik yaşına çatmışsınız və bizim sayt və platformamızı istifadə etmək üçün tam səlahiyyətlisiniz. Həmçinin, Siz yetkinlik yaşına çatmamışsınızsa, bizim sayt və platformamızı istifadə etmək üçün qanuni nümayəndələrinizdən qanunvericiliyə müvafiq qaydada razılığı aldıdığınızı təsdiq edirsiniz.