İstifadə Qaydaları

Son dəyişiklik tarixi: 23.09.2025

Ödənİş xidmətlərinin göstərilməsinə dair müqavilə

Bu Müqavilə PashaPay və İstifadəçiarasında bağlanılır.

Bundan sonra PashaPay və İstifadəçiayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırıla bilərlər.

İstifadəçi buMüqaviləni təsdiqləmək üçün “Təsdiqləmək” düyməsini sıxdıqda AzərbaycanRespublikasının qanunvericiliyinə uyğun olaraq Müqavilənin bağlanılması üçün öziradə ifadəsini bəyan etmiş olur.

PashaPaybarədə məlumatlar

Adı: “PashaPay”Məhdud Məsuliyyətli Cəmiyyəti (“PashaPay”)
Ünvanı:
AZ1010, Bakışəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153
Qeydiyyat nömrəsi: 1300615891
Dövlət qeydiyyatına alındığı tarix: 05.04.2005
Verilmiş lisenziyanın tarixi, nömrəsi və lisenziya verən qurumun adı: AzərbaycanRespublikası Mərkəzi Bankı tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixliEPT-004 nömrəli elektron pul təşkilatına lisenziya
Elektron poçtünvanı: support@m10.az    
Telefon nömrəsi:
*8810

Əsas anlayışlar

Autentifikasiya PashaPay-ə İstifadəçinin kimliyini və yaödəniş alətinin, o cümlədən  İstifadəçininfərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığınıyoxlamağa imkan verən prosedur;
Avtorizə etmə – ödəniş əməliyyatının icra edilməsi üçün İstifadəçininPashaPay-ə verdiyi razılıq;
Birbaşa debitləşmə – İstifadəçinin vəsait alana, vəsait alanın və ya İstifadəçininPashaPay-ə əvvəlcədən verdiyi razılığa əsasən vəsait alanın ödəniş sərəncamına əsaslanan İstifadəçinin ödəniş hesabının debitləşdirilməsiüçün istifadə olunan ödəniş aləti;
Bloklaşdırma – bu Müqavilə, qanunvericilik və ya PashaPay-indaxili qaydalarında nəzərdə tutulan hallarda ödəniş hesabına girişin məhdudlaşdırılmasıvə ya ödəniş əməliyyatlarının həyata keçirilməsinin tam və ya qismən dayandırılması;
Cihaz – İstifadəçiyə m10 platformasından istifadə imkanıyaradan hər hansı mobil telefon, planşet və ya digər hesablayıcı maşınlar;
Elektron pul – qəbul edilən pul vəsaiti məbləğində PashaPay tərəfindənİstifadəçinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarınınhəyata keçirilməsinə imkan verən və üçüncü şəxslər tərəfindən ödəniş üçün qəbuledilən ödəniş aləti;
Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları autentifikasiya məqsədilə PashaPay tərəfindənİstifadəçiyə təqdim edilən fərdiləşdirilmiş məlumatlar;
Gücləndirilmiş İstifadəçi autentifikasiyası – autentifikasiya məlumatlarının məxfiliyiniqorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığınıistisna etməyən, yalnız İstifadəçinin bildiyi (şifrə, pin, suallartoplusu və s.), İstifadəçiyə məxsus olan (üz tanınması, səs tanınması,barmaq izi və s.) və İstifadəçinin sahib olduğu elementlərdən (telefon,OTP, TOTP, elektron imza və s.)  iki vəya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya;
İstifadəçi – m10 Platforması vasitəsilə göstərilən ödəniş xidmətlərindənistifadə edən fiziki şəxs. Siz bu Müqaviləni təsdiq etmək üçün “Təsdiqləmək”düyməsini sıxdığınız andan etibarən İstifadəçi hesab edilirsiniz;
Kredit köçürməsi – PashaPay tərəfindən vəsaitin köçürülməsi məqsədiləistifadə olunan, İstifadəçinin ödəniş sərəncamına əsaslanan ödəniş aləti;
Məxfilik siyasəti – m10.az/en/privacy-policy internet ünvanındaPashaPay tərəfindən dərc edilən, PashaPay-in İstifadəçinin məlumatlarını necəişlədiyini göstərən məxfilik bildirişi;
m10 Platforması (m10 pul kisəsi) – bütün mülkiyyət və əqli-mülkiyyət hüquqlarıPashaPay-ə məxsus olan, İstifadəçinin cihaz vasitəsilə qoşularaq ödəniş xidmətlərindənyararlandığı proqram təminatı və ya internet saytı;
Müqavilə - PashaPay və İstifadəçi arasında ödəniş xidmətləriningöstərilməsinə dair bağlanılan və İstifadəçinin m10 Platformasında “Təsdiqləmək”düyməsini sıxdığı andan qüvvəyə minən hazırkı Müqavilə;
Ödəniş əməliyyatı – İstifadəçi və vəsait alan  arasında öhdəliyin mövcud olub-olmamasındanasılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxiledilməsi, köçürülməsi və ya məxaric edilməsi;
Ödəniş əməliyyatını aparmaqdan imtina - istənilən tərəfin ödəniş əməliyyatını, məsələn,pul vəsaitlərinin köçürülməsi, ödəniş hesabına mədaxil edilməsi, balansda olanpul vəsaitlərinin geri qaytarılması və digər əməliyyatları aparmaqdan imtinaetməsi deməkdir;
Ödəniş hesabı – m10 Platforması vasitəsilə ödəniş əməliyyatlarınınaparılması üçün PashaPay-in İstifadəçiyə açdığı hesab;
Ödəniş sərəncamı - ödəniş əməliyyatının icrası üçün İstifadəçi tərəfindənPashaPay-ə m10 Platformasında verilən tapşırıq;
Vasitəçi -  ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilikxidməti göstərən PashaPay və ya digər ödəniş xidməti təchizatçısı;
Ödəniş əməliyyatının aparılması üçün vasitəçilikxidməti – ödənişxidməti istifadəçisinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısındaaçılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi xidməti.

1. Müqavilənin predmeti

1.1.Bu Müqavilə m10 Platformasından istifadəni, ödənişhesabının açılması, saxlanılması və bağlanılması, ödəniş əməliyyatlarınınaparılması, elektron pulun emissiyası, istifadəsi və qalıq pulun geriqaytarılması, habelə m10 Platforması vasitəsilə təqdim edilən digər ödəniş xidmətlərindənvə funksionallıqlardan istifadə qaydalarını tənzimləyir.
1.2.Bu Müqavilənin müvafiq bəndlərinə xələl gətirmədən PashaPaym10 Platforması vasitəsilə İstifadəçiyə aşağıdakı xidmətləri göstərə bilər:
· ödənişhesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxariciəməliyyatlarının aparılması;
· kreditköçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləriilə ödəniş əməliyyatlarının icrası;
· ödənişalətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;
· pulköçürməsi;
· elektronpulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;
· ödənişəməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;
· hesabüzrə məlumat xidməti;
· valyutamübadiləsi;
· qanunvericilikləmüəyyən edilmiş hədlər daxilində kreditlərin verilməsi;
· İstifadəçiilə razılaşdırmaqla digər innovativ xidmət və məhsulların təqdim edilməsi. Qeyd: Xidmətlərə dair şərtlər m10 Platformasındadərc edilir.
1.3. PashaPay qanunvericiliklə icazə verilən həddəbanklarla və ödəniş xidmətləri göstərən digər təchizatçılarla birlikdə və ya təkbaşınaİstifadəçiyə ödəniş kartları emissiya etdiyi halda İstifadəçi həmin kartlardanm10 Platforması vasitəsilə rəqəmsal formada istifadə edə bilər. 1.4. İstifadəçi həyata keçirilmiş ödəniş əməliyyatları vəödəniş hesabındakı elektron pulun qalıq dəyəri barədə məlumatı m10 Platforması vasitəsiləəldə edə bilər.

2. Ödəniş hesabı

1.1. Xidmətlərin göstərilməsi üçün PashaPay İstifadəçiyəm10 Platformasında ödəniş hesabı açır. Bu Müqavilə ilə İstifadəçi PashaPay-ə onunüçün ödəniş hesabı açmağa icazə verir.
1.2. Eyniləşdirilmə prosesini keçməyən İstifadəçiyə buMüqavilənin 1.2-ci bəndində qeyd olunan ödəniş xidmətlərindən istifadə edərkən300 (üç yüz) manat həcmində məhdudiyyət tətbiq olunur.
1.3. Belə ki, həmin İstifadəçi tərəfindən bir ödəniş alətiüzrə bir təqvim ayı ərzində ölkədaxili ödəniş əməliyyatlarının həcmi və həminalətdə saxlanılan pul vəsaitinin məbləği 300 (üç yüz) manatdan və ya onunekvivalentində xarici valyutadan çox olmamalıdır.
1.4. Eyniləşdirilmə tələb olunmayan ödəniş alətləriyalnız ölkədaxili ödəniş əməliyyatları üçün istifadə edilə bilər və bu alətlərvasitəsilə pul köçürmələri aparıla və ya pul vəsaitləri nağd qaydada çıxarılabilməz.  Qeyd edilən ödəniş aləti üzrə həmçininqanunvericiliklə müəyyən edildiyi halda Müqavilənin 1.2-ci  bəndində göstərilən bəzi ödəniş əməliyyatlarınınicrası mümkün olmaya bilər.
1.5. İstifadəçi bu Müqavilənin 1.2-ci bəndində göstərilənödəniş əməliyyatlarını hər hansı məbləğ limiti və istifadə məhdudiyyəti olmadanhəyata keçirmək istədikdə qanunvericiliyin tələblərinə uyğun olaraq eyniləşdirilməprosesindən keçməlidir. Bu halda bu Müqavilənin 2.2-2.4-cü bəndlərinin tələblərihəmin İstifadəçiyə şamil edilməyəcəkdir.
1.6. Müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqlaödəniş hesabı açıldıqda, o cümlədən sonrakı mərhələdə İstifadəçi ödənişhesabına məsafədən daxil olduqda və/və ya hər bir ödəniş əməliyyatı zamanıautentifikasiya və ya gücləndirilmiş İstifadəçi autenfitikasiyası tətbiq edəbilər.
1.7. Ödəniş hesabının balansında kripto pullarınsaxlanılması qadağandır. 1.8. Müvafiq qanunvericiliklə icazə verildiyi hallarda vəqaydada istisna olmaqla ödəniş hesabı İstifadəçi tərəfindən sahibkarlıq məqsədləriüçün istifadə edilə bilməz.
1.9. PashaPay İstifadəçinin ona olan borcunu ikincinin ödənişhesabının balansındakı pul vəsaitlərindən birtərəfli qaydada silə bilər.
1.10. İstifadəçi pul vəsaitlərini ödəniş hesabına ödənişkartları, ödəniş terminalları və ya digər üsullarla mədaxil edə bilər. Ödənişhesabının balansının artırılması üçün ödəniş üsulları barədə məlumat m10 Platformasındayerləşdirilir.

3. Elektron pul

3.1. PashaPay İstifadəçidən elektron pulun emissiyası məqsədilə qəbul etdiyi pul vəsaitləri məbləğində İstifadəçinin ödəniş hesabına dərhal elektron pul emissiya edir.
3.2. İstifadəçi anlayır və qəbul edir ki, elektron pulun emissiya edilməsi m10 Platforması üzrə ekvayrinqini həyata keçirən bankın pul vəsaitlərini qəbul etməsindən asılıdır.
3.3. PashaPay bu Müqavilənin və tətbiq edilən qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş hesabının balansındakı pul vəsaitlərini bloklaşdırmaq, ödəniş əməliyyatlarının məbləğini, sayını və növünü məhdudlaşdırmaq və ya digər zəruri tədbirləri tətbiq etməklə, ödəniş hesabında saxlanılan elektron pulların və ya əməliyyatların məbləğinə birtərəfli olaraq limitlər tətbiq edə bilər.
3.4. PashaPay qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş hesabında saxlanılan pul vəsaitlərinin Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında açılmış hesabda saxlamaq və ya digər üsullarla təhlükəsizliyinə təminat verir. Bütün hallarda pul vəsaitlərinin təhlükəsizliyinə təminat vermək PashaPay-in vəzifəsidir və bu məqsədlə o, Azərbaycan Respublikasının müvafiq  qanunvericiliyi ilə icazə verilən istənilən qanuni təhlükəsizlik üsulunu təkbaşına seçə bilər.
3.5. Elektron pul əmanət hesab edilmir və sığortalanmır, habelə İstifadəçinin m10 Platformasındakı Ödəniş hesabında olan elektron pula faiz və ya digər formada gəlir ödənilmir.

4. Autentifikasiya

4.1. PashaPay öz mülahizəsinə uyğun olaraq ödəniş hesabının açılması üçün əvvəlcədən və ya ödəniş hesabı açıldıqdan sonra istənilən vaxt İstifadəçini autentifikasiya edə bilər. Autentifikasiya tələblərinin, hərəkətlərinin və metodologiyasının seçilməsi müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla müstəsna olaraq PashaPay-in səlahiyyətindədir. 4.2. Autentifikasiya tədbirləri ödəniş hesabında saxlanılan pulların məbləği və/və ya həyata keçirilən ödəniş əməliyyatlarının məbləği və sayı nəzərə alınmaqla da həyata keçirilə bilər. Bu bəndin birinci cümləsi PashaPay-in istənilən vaxt və istənilən səbəbdən autentifikasiya tədbirləri tətbiq etməsi hüququnu məhdudlaşdırmır.
4.3. PashaPay tətbiq edilən autentifikasiya tədbirləri barədə məlumatları m10 Platformasında dərc etməklə, e-poçt, SMS bildiriş vasitəsilə və ya digər qaydada İstifadəçiyə bildirir.
4.4. m10 Platforması vasitəsilə ödəniş hesabının balansının artırılması zamanı PashaPay, bank və ödəniş xidmətləri göstərən digər təchizatçılar qanunvericiliyə, öz daxili qaydalarına və mülahizələrinə uyğun olaraq autentifikasiya və ya gücləndirilmiş İstifadəçi autentifikasiyası tətbiq edə bilər. Həmin tədbirlər bank və digər ödəniş xidmətləri göstərən təşkilatlar tərəfindən tətbiq edildikdə, autentifikasiya və ya gücləndirilmiş İstifadəçi autentifikasiyasına dair münasibətlər İstifadəçi və həmin təşkilat arasında tənzimlənir və PashaPay bunun üçün cavabdehlik daşımır.
4.5. PashaPay İstifadəçini məsafədən autentifikasiya etmək üçün ona fərdiləşdirilmiş təhlükəsizlik məlumatları təqdim edir. İstifadəçi həmin məlumatları təhlükəsiz saxlamalıdır.

5. İstifadəçinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri

5.1. İstifadəçi fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının üçüncü şəxsin bildiyini aşkar etdikdə dərhal həmin məlumatları m10 Platforması vasitəsilə dəyişdirməli, bu mümkün olmadıqda isə PashaPay-ə məlumat verməlidir.
5.2. PashaPay İstifadəçinin cihazının və m10 Platformasındakı ödəniş hesabına bağlı mobil telefon nömrəsinin təhlükəsizliyi üçün məsuliyyət daşımır. İstifadəçinin cihazı itirildikdə və ya oğurlandıqda, və ya İstifadəçinin ödəniş hesabına üçüncü şəxslərin hər hansı digər şəkildə daxil olması ilə bağlı şübhəsi yarandıqda, və yabunu aşkar etdikdə, o,  dərhal PashaPay-i onun sosial şəbəkələrindəki rəsmi səhifəsində dərc olunmuş əlaqə vasitələrindən istifadə etməklə mümkün olan istənilən formada (yazılı, elektron qaydada və s.) məlumatlandırmalıdır.
5.3. İstifadəçi anlayır və razılaşır ki, ödəniş hesabına giriş və istifadə üçün razılıq verib-verməməsindən asılı olmayaraq onun ödəniş hesabından üçüncü şəxslərin istifadəsinə görə tam şəkildə məsuliyyət daşıyır. İstifadəçinin ödəniş hesabına PashaPay-dan asılı olmayan hallarda səlahiyyətli və ya səlahiyyətsiz şəxslərin girişi nəticəsində İstifadəçiyə dəyən ziyana görə PashaPay məsuliyyət daşımır.
5.4. İstifadəçi SİM kartın dublikatını əldə etməklə və ya digər yollarla həmin telefon nömrəsinə çıxışı təmin etmədikdə PashaPay İstifadəçinin ödəniş hesabına və/və ya m10 Platformasına çıxışını bərpa etmək üçün öhdəlik daşımır.

6. Ödəniş əməliyyatları

6.1. İstifadəçi m10 Platforması vasitəsilə təqdim edilən funksionallıqlardan istifadə etməklə ödəniş əməliyyatının həyata keçirilməsi üçün PashaPay-ə ödəniş sərəncamını verə bilər.
6.2. Hər ödəniş əməliyyatına uyğun olaraq ödəniş sərəncamının icra edilməsi üçün m10 Platforması vasitəsilə İstifadəçidən zəruri məlumatlar tələb edilir.
6.3. Ödəniş əməliyyatının icrasından əvvəl PashaPay tərəfindən İstifadəçiyə təqdim olunan zəruri məlumatların siyahısı və təqdim edilmə müddəti qanunvericiliyin tələbləri nəzərə alınmaqla PashaPay tərəfindən birtərəfli qaydada müəyyən edilir.
6.4. Ödəniş əməliyyatı həyata keçirildikdən sonra PashaPay İstifadəçini məlumatlandırır. Məlumatlandırma zamanı İstifadəçiyə təqdim edilən məlumatların siyahısı və təqdim edilmə müddəti qanunvericiliyin tələbləri nəzərə alınmaqla PashaPay tərəfindən birtərəfli qaydada müəyyən edilir.
6.5. Ödəniş əməliyyatları m10 Platformasının funksionallıqlarından və PashaPay tərəfindən təqdim edilən xidmətlərdən asılı olaraq, kredit köçürməsi və ya birbaşa debitləşmə ilə, habelə qanunvericiliklə qadağan edilməyən digər oxşar ödəniş alətləri ilə həyata keçirilə bilər.
6.6. Kredit köçürməsi zamanı İstifadəçi vəsaiti qəbul edən şəxsin düzgün seçilməsi, əgər tələb olunursa, məlumatlarının düzgün yazılması üçün tam məsuliyyət daşıyır. İstifadəçinin vəsaiti qəbul edən şəxsi yanlışlıqla seçməsi və ya məlumatları yanlış daxil etməsinə görə PashaPay heç bir məsuliyyət daşımır. Bu müqavilənin 10.1-ci bəndinin tələblərinə uyğun olaraq vəsaitlərin geri qaytarılması barədə müvafiq tədbirlər PashaPay tərəfindən görülə bilər.
6.7. Ödəniş əməliyyatı birbaşa debitləşmə ilə həyata keçirildikdə İstifadəçi ödəniş tapşırığını (ödəniş sərancamını) verməyə səlahiyyətli olan şəxsin düzgün müəyyən edilməsi və ödəniş sərancamımın düzgün verilməsi üçün məsuliyyət daşıyır. Birbaşa debitləşmə üçün PashaPay əvvəlcədən İstifadəçinin razılığını əldə edir. Qeyd olunan razılıqda İstifadəçi həmçinin birbaşa debitləşmə üzrə ödəniləcək məbləğ limitini müəyyən etməlidir. Əgər birbaşa debitləşmə üzrə ödəniş əməliyyatının məbləği İstifadəçinin müəyyən etdiyi limiti aşmışsa, İstifadəçi həmin ödənişin onun ödəniş hesabından silindiyi tarixdən 2 (iki) ay müddətində PashaPay-ə müraciət edə bilər, müddətin ötürülməsi İstifadəçini bu hüquqdan məhrum edir. Belə müraciət daxil olduqdan sonra 5 (beş) iş günü ərzində PashaPay artıq ödənilmiş məbləği İstifadəçiyə geri qaytarmalı və ya imtinanın səbəbləri barədə İstifadəçiyə  məlumat verməlidir.
6.8. İstifadəçi elektron pulları digər İstifadəçilərə, elektron pulu ödəniş üçün ödəniş aləti kimi qəbul edən üçüncü şəxslərə köçürə bilər.
6.9. Ödəniş əməliyyatının müxtəlif qrafik təsvirlərdən (məsələn, QR və ya bar kodlardan) istifadə edilməklə və ya digər hər hansı ənənəvi olmayan yollarla həyata keçirilməsi ödəniş əməliyyatının etibarlılığına təsir göstərmir. Həmin hallarda əgər İstifadəçi əvvəlcədən müəyyən hərəkətin ödəniş əməliyyatının həyata keçirilməsi üçün sərəncam olduğu barədə məlumatlandırılmışsa, tələb olunan hərəkətin yerinə yetirilməsi (məsələn, QR və ya bar kodun oxudulması) İstifadəçinin ödəniş əməliyyatını avtorizə etməsi hesab edilir.
6.10. Bu Müqavilədə nəzərdə tutulan ödəniş əməliyyatlarının həyata keçirilməsi m10 Platformasının funksionallıqlarından və onun vasitəsilə göstərilən xidmətlərdən asılıdır. Əgər m10 Platforması müəyyən ödəniş əməliyyatını dəstəkləmirsə (məsələn, birbaşa debitləşmə), bu Müqavilədə həmin növ əməliyyat üzrə nəzərdə tutulmuş müddəalar tətbiq edilmir. Heç bir halda PashaPay müəyyən ödəniş əməliyyatını həyata keçirmək üçün funksionallıq təqdim etməyi öhdəsinə götürmür.

7. Ödəniş sərancamının verilməsi, icraya qəbulu vaxtı və icra müddəti

7.1. İstifadəçı m10 Platformasında ödəniş əməliyyatları zamanı ona aşkar olan şəkildə əməliyyatı tamamlamağa dair düyməni sıxdıqda (məsələn, “ödə”, “ödəniş et”, “əməliyyatı tamamla”, “təsdiq et”, “köçür” və s.) ödəniş əməliyyatını avtorizə etmiş hesab edilir.
7.2. İstifadəçi tərəfindən bu Müqavilə və/və ya m10 Platforması ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə və ödəniş sərəncamı qüsurlu olmadığı təqdirdə PashaPay avtorizə edilmiş ödəniş sərancamını icraya qəbul edir.
7.3. Avtorizə edilmiş ödəniş sərancamı əməliyyat günündən sonra təqdim olunduqda ödəniş sərəncamı növbəti əməliyyat günü icraya qəbul edilmiş hesab olunur.
7.4. PashaPay ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra edir.
7.5. Ödəniş əməliyyatı birbaşa debitləşmə ilə həyata keçirildikdə PashaPay ödəniş sərancamını İstifadəçi ilə razılaşdırılmış tarixdə təmin edir.
7.6. İstifadəçi qəbul edir ki, onunla m10 Platforması üzərindən razılaşdırmaqla, müəyyən hallarda isə texniki halın baş verməsi nəticəsində onun hesabında məbləğ olmadığı halda, onun ödəniş sərəncamının icrası PashaPay tərəfindən təmin edilə bilər (overdraft). Bu halda ödənişin PashaPay-in vəsaiti hesabına edildiyini nəzərə alaraq, İstifadəçi həmin vəsaitləri PashaPay-a 30 (otuz) gündən gec olmayan müddət ərzində geri qaytarmalı olduğunu qəbul edir.  m10 Platforması üzərindən İstifadəçiyə daha uzun müddət təqdim edilmədiyi təqdirdə, İstifadəçi həmin vəsaiti və vəsaitdən faydalanmağa görə həmin vəsaitin məbləğindən faizləri (qanunvericiliklə müəyyən edilən qaydada və həddə) PashaPay-a geri ödəməldir.
7.7. İstifadəçi razılaşır ki, bu Müqavilənin 7.6-ci bəndinə uyğun olaraq, müəyyən edilmiş vaxtda geri qaytarmadığı pul vəsaitlərini PashaPay öz mülahizəsinə əsasən onun ikinciyə məlum olan ödəniş hesablarından tuta bilər.

8. İstifadəçi tərəfindən ödəniş sərəncamından imtina və ödəniş sərəncamının geri götürülməsi

8.1. İstifadəçi ödəniş sərəncamından 8.2 - 8.5-ci bəndlər ilə müəyyən edilmiş anadək istənilən vaxt imtina edə bilər. Dövri ödəniş əməliyyatlarının icrası üzrə verilmiş sərəncamdan imtina nəticəsində İstifadəçinin seçimindən asılı olaraq, ancaq icra vaxtı çatmış əməliyyat və ya bütün növbəti ödəniş əməliyyatları avtorizə edilməmiş hesab edilir və icra olunmur.
8.2. İstifadəçi ödəniş sisteminə göndərilən ödəniş sərəncamını müvafiq ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan etibarən geri götürə bilməz.
8.3. İstifadəçi ödəniş sərəncamının icra edildiyi tarixini PashaPay ilə razılaşdırdıqda, İstifadəçi ödəniş sərəncamını razılaşdırılmış tarixdən əvvəlki iş gününün sonundan gec olmayaraq geri götürə bilər.
8.4. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə, İstifadəçi vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz.
8.5. Birbaşa debitləşmə alətindən istifadə edildikdə İstifadəçi ən geci pul vəsaitinin ödəniş hesabından vəsaitin silinməli olduğu gündən əvvəlki iş gününün sonundan gec olmayaraq verdiyi sərəncamı geri götürə bilər.

9. Avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatları üzrə bildiriş

9.1. İstifadəçi ödəniş əməliyyatının icrasından sonra 6 (altı) aydan gec olmayaraq hər hansı avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını müəyyən etdikdə bu barədə PashaPay-i dərhal məlumatlandırmalıdır, əks halda İstifadəçi ödəniş edilən məbləğin bərpasıhüququndan məhrum olur.
9.2. PashaPay İstifadəçidən 9.1-ci bənddə qeyd olunan bildirişi aldığı təqdirdə ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin İstifadəçinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya PashaPay-in digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını 5 (beş) iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) sübuta yetirərərək təqdim etmədiyi təqdirdə qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilmiş xidmət haqqı ilə (tətbiq olunmuşdursa) birlikdə ödəniş əməlliyatının məbləğini İstifadəçiyə geri ödəyir.

10. Ödəniş hesabından əsassız olaraq silinmə və səhv  ödəniş sərəncamı halında  pul vəsaitlərinin  geri qaytarılması imkanı

10.1. PashaPay İstifadəçinin pul vəsaitlərindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Bunu nəzərə alaraq, PashaPay İstifadəçi tərəfindən səhv təqdim edilmiş məlumat əsasında  ödəniş sərəncamının icrası hallarında vəsaitin geri qaytarılmasına görə məsuliyyət daşımır. Bununla belə, İstifadəçi tərəfindən səhvən təqdim edilmiş məlumatlar əsasında ödəniş əməliyyatı icra edildikdə, İstifadəçi ödəniş əməliyyatı icra edildiyi gündən etibarən 2 (iki) ay müddətində PashaPay-ə bütün sübütedici sənədləri təqdim etməklə ödəniş əməliyyatı üzrə pul vəsaitinin  geri qaytarılması ilə bağlı müraciət edə bilər. PashaPay bu müraciəti əsaslı hesab etdikdə və köçürülmüş vəsaitin qaytarılması mümkün olduqda Müqavilənin 10.2-ci bəndində müəyyən olunmuş qaydaya əməl etməklə İstifadəçiyə həmin vəsaitləri geri qaytara bilər.
10.2. Müqavilənin 10.1-ci bəndini nəzərə alaraq İstifadəçi PashaPay-ə razılıq verir ki, onun ödəniş hesabına digər İstifadəçi tərəfindən əsassız olaraq və səhvən pul vəsaiti mədaxil edildikdə PashaPay digər İstifadəçiyə həmin vəsaitlərin geri qaytarılması məqsədi ilə müəyyən tədbirlər  və araşdırmalar apara bilər. Bu kimi hallarda hesabına səhvən vəsait köçürülmüş İstifadəçi PashaPay-lə vəsaitin geri qaytarılması üzrə əməkdaşlıq edəcəyini qəbul edir. Bununla belə, PashaPay hər hansı başqa əsasla İstifadəçinin ödəniş hesabına əsassız olaraq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərini onun istənilən ödəniş hesabından akspetsiz qaydada silə bilər. Bu muqaviləni imzalamaqla İstifadəçi akseptsiz silinmə əməliyyatına əvvəlcədən razılığını vermiş hesab edilir.

11. Xidmət haqqı və valyuta mübadiləsi məzənnəsi

11.1. PashaPay aşağıdakı xidmətlərin göstərilməsi üçün xidmət haqqı tətbiq və İstifadəçidən onların ödənilməsini tələb edə bilər:
11.1.1. ödəniş hesabının açılması;
11.1.2. elektron pulun emissiyası;
11.1.3. ödəniş əməliyyatlarının icra edilməsi;
11.1.4. ödəniş sərancamının geri götürülməsi;
11.1.5. ödəniş hesabı üzrə məlumatın (çıxarışın) kağız daşıyıcıda (imzalı və möhürlü şəkildə) verilməsi;
11.1.6. Bu Müqavilə ilə nəzərdən tutulmayan məlumatlardan əlavə məlumatların təqdim edilməsi;
11.1.7. Məlumatların Müqavilədə nəzərdə tutulmayan əlaqə vasitəsilə ötürülməsi;
11.1.8. Təqvim ayı ərzində aparılmış ödəniş əməliyyatları barədə ödəniş sərancamının icrasından sonra təqdim edilən məlumatlara uyğun olaraq məlumatların bir dəfədən artıq və ya daha tez dövriliklə təqdim edilməsi.
11.2. Bu Müqavilədə nəzərdə tutulan qaydada xidmət haqqı tutulduqda və ya valyuta mübadiləsi tətbiq edildikdə həmin xidmət haqqı və ya valyuta məzənnəsi barədə İstifadəçiyə ödəniş sərəncamindan öncə m10 Platforması vasitəsilə məlumat təqdim edilir. İstifadəçi sərəncamı təsdiq etməklə həmin xidmət haqları və ya valyuta məzənnəsinə razılığını bildirmiş olur.
11.3. PashaPay xidmət haqqını İstifadəçinin ödəniş hesabının balansında olan vəsaitlərdən birtərəfli qaydada tuta bilər.
11.4. İstifadəçi anlayır və qəbul edir ki, m10 Platforması üzərindən xidmətləri göstərməklə əlaqədar PashaPay-in əməkdaşlıq etdiyi digər ödəniş xidməti təchizatçıları da öz növbəsində xidmət haqqı tətbiq edə bilərlər. PashaPay bu cür xidmət haqqının növü və məbləği üçün məsuliyyət daşımır.

12. Lisenziyalaşdırma

12.1. m10 Platformasının bütün mülkiyyət və əqli-mülkiyyət hüquqları PashaPay-ə məxsusdur. Bununla məhdudlaşmamaq şərtilə, m10 Platformasının bütün ilkin mətn və obyekt kodları PashaPay-in müəlliflik hüququ ilə qorunur.
12.2. Bu Müqavilə ilə PashaPay m10 Platforması üzrə İstifadəçiyə qeyri-müstəsna lisenziya verir, yəni ona m10 Platformasından istifadə hüquqları verir. PashaPay m10 Platformasının bütün mülkiyyət hüquqlarını özündə saxlayır.
12.3. İstifadəçi m10 Platformasının surətini çıxara, yaya, yenidən işləyə  bilməz. İstifadəçi m10 Platforması üzrə lisenziyanı üçüncü şəxslərə ötürə, onu sub-lisenziyalaşdıra, sata, bağışlaya və ya digər hər hansı şəkildə özgəninkiləşdirə bilməz.
12.4. İstifadəçi m10 Platformasının ilkin kodundan  lisenziya haqda məlumatı  çıxara bilməz. 12.5. İstifadəçi heç bir halda m10 Platforması üzərində tərsinə mühəndislik apara bilməz.

13. Məlumatların işlənilməsi

13.1. PashaPay İstifadəçinin fərdi məlumatlarını qanunvericiliyə və cari Məxfilik siyasətinə uyğun olaraq işləyir, mühafizə edir və üçüncü şəxslərə açıqlayır.
13.2. Fərdi məlumatlar bu Müqavilənin icrası, marketinq, satışların artırılması, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və artırılması, yeni məhsulların hazırlanması və s. məqsədlər üçün işlənilir. Bütün hallarda fərdi məlumatların işlənilməsi məqsədləri Məxfilik siyasətində göstərilir.
13.3. m10 Platformasında təqdim olunan xidmətlər 14 yaşından kiçiklər üçün nəzərdə tutulmayıb. PashaPay 14 yaşından kiçik şəxslərin şəxsiyyətini müəyyən edən məlumatları toplamır və işləmir (qanunla müəyyən edilmiş hallarda və qaydada qeydiyyatdan keçmiş istifadəçilər istsina olmaqla).

14. PL/TMM, vergidən yayınma ilə mübarizə

14.1. Tərəflər bəyan edirlər ki, onlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və vergidən yayınmaya qarşı mübarizə aparırlar.
14.2. İstifadəçi m10 Platforması üzərindən apardığı bütün ödəniş əməliyyatlarında istifadə etdiyi pul vəsaitlərinin mənbəyinin qanuni olmasına görə tam məsuliyyət daşıyır və mənbəyinə dair əsaslı şübhələr olan pul vəsaitlərinin İstifadəçinin ödəniş hesabına qəbulu halında, o cümlədən, ödəniş əməliyyatının özü cinayət, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayət əməlləri nəticəsində əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasına cəhd məqsədilə aparıldıqda və İstifadəçi bunu bildikdə və ya bilməli olduqda və ya İstifadəçinin aparılan ödəniş əməliyyatının məqsədinə dair əsaslı şübhələri olduqda dərhal PashaPay və hüquq mühafizə orqanlarını məlumatlandırmağı öhdəsinə götürür.
14.3. İstifadəçi heç bir halda m10 Platforması üzərindən cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin yuyulmasında və ya buna cəhd edilməsinə, o cümlədən, terrorçuluğun maliyyələşdirilməsində iştirak etməməli, belə hallardan xəbər tutarsa, dərhal PashaPay-ə və hüquq mühafizə orqanlarına məlumat verməlidir.
14.4. İstifadəçi bəyan edir ki, o, m10 Platformasından istifadə ilə əlaqədar və ya m10 Platforması üzərindən Azərbaycan Respublikasında və ya digər ölkələrdə vergi və digər məcburi ödənişləri ödəməkdən yayınmayıb və bundan sonra da yayınmayacaq.
14.5. İstifadəçi m10 Platforması üzərindən apardığı əməliyyatlar ilə əlaqədar qanunvericiliklə ödəməli olduğu bütün vergilərin ödənilməsi, vergidən yayınma və digər məcburi ödənişlərin həyata keçirilməməsi üçün tam məsuliyyət daşıyır. PashaPay yalnız ödəniş həlləri təqdim edən ödəniş xidməti təchizatçısıdır və İstifadəçinin vergi və digər məcburi ödənişləri etməsi, o cümlədən, məcburi bəyannamələri və hesabatları qanunvericiliyə uyğun şəkildə dövlət orqanlarına təqdim etməsi üçün hər hansı məsuliyyət daşımır.
14.6. PashaPay istənilən vaxt İstifadəçinin həyata keçirdiyi ödəniş əməliyyatları ilə bağlı ondan əlavə sənədlər tələb edə bilər.

15. Bloklaşdırma, ödəniş hesabından pul vəsaitlərinin silinməsi və bır sıra məhdudiyyətlərın qoyulması

15.1. PashaPay bunlarla məhdudlaşmamaq şərtilə, aşağıdakı hallarda İstifadəçinin ödəniş hesabını və /və ya həyata keçirdiyi ödəniş əməliyyatlarını bloklaşdıra bilər:
a. İstifadəçi bu Müqaviləni, m10 Platformasından, o cümlədən ödəniş hesabından istifadə qaydalarını pozduqda;
b. İstifadəçi həyata keçirilən əməliyyatlar barədə ondan tələb etdiyi məlumat və sənədləri PashaPay-ə bu cür tələb anından növbəti günə qədər təqdim etmədikdə;
c. İstifadəçi m10 Platformasından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə etdiyi aşkar olunduqda;
d. m10 Platformasının, İstifadəçinin ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə;
e. m10 Platformasının, ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərindən dələduzluq məqsədilə və ya səlahiyyəti olmayan üçüncü şəxslərin istifadəsinin qarşısını almaq üçün;
f. Texniki xəta nəticəsində ödəniş hesabında mövcud olan məbləğdən daha artıq məbləğdə olan ödəniş əməliyyatı həyata keçirildikdə;
g. İstifadəçinin ödəniş hesabına səlahiyyəti olmayan üçüncü şəxslərin giriş etməsi nəticəsində ödəniş hesabına/ ödəniş hesabından pulların köçürülməsi halında;
h. İstifadəçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, o cümlədən, İstifadəçinin adi qaydada həyata keçirdiyi ödəniş əməliyyatlarından fərqlənən qeyri-standard və ya qeyri-adi dərəcədə mürəkkəb ödəniş əməliyyatlarının həyata keçirilməsi halında ödəniş hesabı və m10 Platformasından qeyri-qanuni istifadə şübhəsi yarandıqda;
i. Qanunvericiliyə uyğun olaraq ödənilməli olan vergi və digər məcburi ödənişləri ödəməkdən yayınma halının qarşısını almaq məqsədilə;
j. İstifadəçi m10 Platformasında bu Müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş autentifikasiya üzrə tələbləri yerinə yetirmədikdə;
k. İstifadəçinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması məqsədilə;
l. İstifadəçinin PashaPay-ə borcu olduqda, bir şərtlə ki, İstifadəçinin ödəniş hesabındakı məbləğ, o cümlədən Müqavilənin 21-ci maddəsində nəzərdə tutulan Bir bonusları həmin borcu silmək üçün kifayət olmasın;
m. PashaPay-in daxili qayda və təlimatlarına əsasən digər hallarda;
n. İstifadəçinin təşəbbüsü ilə;
o. Qanunvericilikdə nəzərdə tutulan digər hallarda və məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi ilə.
15.2. Tərəflər anlayır və qəbul edir ki, PashaPay hər bir halda zərurət yarandığı təqdirdə bu Müqavilə, PashaPay-in daxili qaydaları, bir şərtlə ki, bu qaydalar İstifadəçiyə qabaqcadan təqdim edilsin və tətbiq edilən qanunvericiliyə uyğun olaraq, İstifadəçinin ödəniş hesabına çıxış əldə etməsinə məhdudiyyət qoya və ya əməliyyat aparmasına imtina edə bilər.
15.3. Bununla məhdudlaşmamaq şərtilə, PashaPay aşağıdakı hallarda İstifadəçinin ödəniş hesabından elektron pulları silə bilər:
a. Müqavilənin icrası məqsədilə;
b. İstifadəçi ödəniş hesabının balansında olan məbləğdən daha artıq istifadə etdikdə;
c. İstifadəçinin PashaPay-ə borcu olduqda;
d. Müqavilənin 10.2-ci bəndində göstərilən hallarda.
15.4. Hər bir halda, bloklaşdırma müddəti müvafiq qanunvericilik tələblərinə uyğun olaraq, PashaPay-in daxili qaydalarına əsasən müəyyən edilir, bir şərtlə ki, bu daxili qaydalar qabaqcadan İstifadəçiyə təqdim edilsin. İstifadəçinin ödəniş hesabı və ödəniş əməliyyatları bloklaşdırıldıqda, ödəniş əməliyyatlarının icrasından imtina edildikdə və ya ödəniş hesabından pul vəsaitləri silindikdə mübahisələr PashaPay-in daxili qaydaları və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

16. Məsuliyyət

16.1. Tərəflər bu Müqavilənin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
16.2. Bir Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyət daşıyır. PashaPay yalnız bu Müqavilə üzrə İstifadəçiyə vurduğu faktiki zərərlərə görə məsuliyyət daşıyır.
16.3. İstifadəçi fərdiləşdirilmiş təhlükəsizlik məlumatları və digər həssas ödəniş məlumatlarının qorunması üçün məsuliyyət daşıyır.

17. Müqavilənin müddəti və ləğvi

17.1. Bu Müqavilə m10 Platformasında İstifadəçinin bu Müqaviləni təsdiq etməsini təsdiq edən “Təsdiqləmək” düyməsini sıxdığı andan bağlanılmış hesab edilir. Müqavilə Tərəflər arasında ləğv edilənədək qüvvədə qalır.
17.2. Müqaviləyə aşağıdakı hallarda ləğv edilə bilər:
a. İstifadəçinin təşəbbüsü ilə - PashaPay qarşısında bütün öhdəliklərinin icrası şərtilə m10 Platforması üzərindən 30 (otuz) gün əvvəlcədən PashaPay-i məlumatlandırmaqla;
b. PashaPay-in təşəbbüsü ilə qanunvericilikdə başqa müddət nəzərdə tutulmaqdıqda 30 (otuz) gün əvvəlcədən İstidadəçiyə bildiriş göndərilməklə;
c. Qanunvericiliklə başqa cür müəyyən edilmədikdə aşağıdakı hallar olduqda PashaPay İstifadəçiyə bildiriş göndərməklə dərhal:
i. İstifadəçi həyata keçirilən əməliyyatlar barədə ondan tələb etdiyi məlumat və sənədləri PashaPay-ə 10 (on) gün ərzində təqdim etmədikdə;
ii. Bu Müqavilənin 15-ci maddəsində nəzərdə tutulan hallar aşkar edildikdə;
iii. İstifadəçi 12 (on iki) aydan çox müddətə m10 pul kisəsindən istifadə etmədikdə;
iv. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda
17.3. Müqavilə ləğv edilənədək İstifadəçi istifadə etdiyi ödəniş xidmətlərinə görə xidmət haqlarını ödəməlidir. Əgər xidmət haqları avans şəklində ödənilmişdirsə, həmin haqlar müqavilə ləğv edilənədək göstərilən ödəniş xidmətlərinə görə ödənilməli olan xidmət haqları çıxılmaqla müqavilə ləğv olunduğu günün növbəti iş günündən gec olmayaraq geri qaytarılır.
17.4. Bu Müqavilə ləğv edildikdə PashaPay Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq  elektron pulun qalıq dəyərini İstifadəçiyə geri ödəyir.

18. Yazışma və danışıqlar

18.1. Tərəflər arasında yazışma və danışıqlar m10 Platforması, telefon zəngi və elektron poçt vasitəsilə aparıla bilər.
18.2. PashaPay-in əlaqə məlumatları yuxarıda “PashaPay barədə məlumatlar” hissəsində göstərilir. Əlaqə məlumatları dəyişdikdə, İstifadəçiyə bu barədə m10 Platforması vasitəsilə məlumat verilir.
18.3. İstifadəçinin əlaqə məlumatları onun m10 Platforması vasitəsilə PashaPay-ə təqdim etdiyi məlumatlardır. Məlumatlar dəyişdikdə, İstifadəçi dərhal PashaPay-ə bu barədə məlumat verməlidir..

19. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi

19.1. PashaPay İstifadəçiyə 30 (otuz) gün əvvəlcədən m10 Platforması vasitəsilə bildiriş təqdim edərək məlumat verməklə bu Müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Bu müddət ərzində İstifadəçi dəyişikliklərlə bağlı öz etirazınızı bildirmədikdə, bu dəyişiklikləri qəbul etmiş hesab ediləcəkdir.
19.2. İstifadəçinin vəziyyətini yaxşılaşdıran dəyişikliklər 19.1-ci bənddə göstərilən göstərilən müddət gözlənilmədən PashaPay tərəfindən  tətbiq edilə bilər.

20. Tətbiq edilən hüquq və mübahisələrin həlli

20.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun təfsir olunur.
20.2. PashaPay İstifadəçi tərəfindən şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə İstifadəçini məlumatlandırır. Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə İstifadəçiyə məlumat verir. PashaPay-ə şikayətin verilməsi İstifadəçinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
20.3. Bu Müqavilə üzrə Tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. Danışıqlar nəticəsində tərəflər qarşılıqlı razılaşma əldə etmədikdə mübahisə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll edilir.

21. m10 Platformasında əlavə funsionallıqlar

21.1. PashaPay m10 Platformasında qabaqlayıcı və ya yeniləmə işləri görə bilər.
21.2. İstifadəçilərə m10 pul kisəsindən istifadənin təşviqi üçün hər hansı loyallıq proqramlarının (bonusların və s.) və ya kampaniyaların təşkili PashaPay-in müstəsna səlahiyyətidir və PashaPay İstifadəçi ilə razılaşdırmadan istənilən vaxt həyata keçirə və ya dayandıra bilər.  
21.3. PashaPay fərqli xidmətlər göstərən üçüncü tərəflərlə layihələr çərçivəsində əməkdaşlıq edərək İstifadəçilərə yeni məhsullar və ya m10 Platformasında yeni həllər təklif edə bilər. PashaPay-in Competo MMC ilə əməkdaşlığı çərçivəsində m10 Platforması ikinciyə məxsus Birmarket platforması ilə inteqrasiya edilə və inteqrasiya nəticəsində İstifadəçilərə aşağıdakı funksionallıqlar təklif edilə bilər:
21.3.1. İstifadəçilərin m10 Platformasında Bir bonuslarını izləyə bilməsi, m10 Platforması üzərindən birbaşa Birmarket platformasına da keçid edə bilməsi;
21.3.2. İstifadəçilərin Birmarket platforması üzərindən topladığı bonusları m10 Platforması vasitəsilə siyahısı müəyyən edilmiş ödənişlər üçün istifadə edə bilməsi;
21.3.3. Geri ödəniş əməliyyatına münasibətdə:
21.3.3.1. m10 Platforması üzərindən Bir bonusları ilə edilən ödəniş əməliyyatı üzrə geri ödəniş əməliyyatları olduqda Bir bonuslarının İstifadəçiyə geri qaytarılmasının təmin edilməsi;
21.3.3.2. m10 Platforması üzərindən edilən ödəniş əməliyyatı üzrə geri ödəniş əməliyyatları olduqda həmin ödəniş üzrə hesablanan bonusların İstifadəçidən geri alınması;
21.4. PashaPay xidmət çeşidlərinin artırılması məqsədilə gələcəkdə digər üçüncü şəxslərlə əməkdaşlığı çərçivəsində onlar tərəfindən təqdim edilən xidmətlərin m10 Platforması üzərindən təqdim edilməsi və/və ya istifadə edilməsi imkanını təmin edə bilər.

22. Digər müddəalar

22.1. İstifadəçi PashaPay-in razılığı olmadan Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə bilməz. PashaPay bu Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxslərə ötürə bilər.
22.2. PashaPay tərəfindən təmin edildiyi təqdirdə, yetkinlik yaşına çatmayanlar üçün ödəniş hesabının açılması və/ və ya m10 Platformasından istifadə qanunla müəyyən edilmiş qaydada qanuni nümayəndələrindən razılıq əldə etdikdən sonra mümkün ola bilər.
22.3. Bu Müqavilə ödəniş xidmətlərinin göstərilməsi üzrə çərçivə saziş xarakteri daşıyır. Belə ki, bu Müqavilənin müəyyən hissələri yalnız müvafiq ödəniş xidməti göstərildiyi halda tətbiq edilir.
22.4. Bu Müqavilənin bir hissəsinin etibarsızlığı digər hissələrinin etibarsızlığına səbəb olmur.