Məxfilik Siyasəti
Bu Məxfilik Siyasəti (“Siyasət”) “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“PashaPay”) fərdi məlumatların emalı ilə bağlı fəaliyyətini tənzimləyir. Fərdi məlumatların qorunması PashaPay üçün xüsusi əhəmiyyət kəsb edir və bu məlumatların təhlükəsizliyi, həmçinin məxfiliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
Bu Siyasət çərçivəsində fərdi məlumatların hansı məqsədlərlə toplanıldığı və işlənildiyi, üçüncü şəxslərə hansı hallarda ötürülə biləcəyi, həmin məlumatların qorunması və saxlanma müddətləri barədə hüquqi əsaslı qaydalar müəyyən edilir.

1. Haqqımızda

“PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1300615891) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmış, 153 Neftçilər prospekti, Bakı şəhəri, AZ1010 ünvanında yerləşən və ödəniş xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən hüquqi şəxsdir.
- Elektron poçt ünvanı: support@m10.az
- Telefon nömrəsi: 8810

2. Toplanan məlumatlar

2.1. Keyfiyyətli xidmətlərin göstərilməsi və “m10biz” elektron pul kisəsi platformasından (“Platforma”) istifadənin təmin olunması məqsədilə, məlumat subyekti tərəfindən sərbəst iradə və aydın razılıq əsasında təqdim edilən fərdi məlumatlar işlənilir. Bu məlumatlar onula hüquqi bağlılığı olan proqram təminat(lar)ı, terminallar, rəsmi internet səhifələri və qanuni qaydada inteqrasiya edilmiş digər resurslar üzərindən əldə edilə bilər.

· Ad, soyad, ata adı;
· Hüquqi şəxs və ya kommersiya adı, dövlət qeydiyyat nömrəsi və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
· Qeydiyyat və faktiki fəaliyyət ünvanı;
· Əlaqə məlumatları (telefon nömrəsi, e-poçt ünvanı, veb-sayt);
· Doğum tarixi və yeri;
· Yaşayış və ya qeydiyyat ünvanı;
· Şəxsiyyətinizi təsdiq edən sənəd barədə məlumatlar;
· Həssas məlumatlar (qanunvericiliklə müəyyən olunmuş xüsusi kateqoriyalı fərdi məlumatlar)
2.2. Məlumat subyektinin təklif edilən qaydada razılıq verməsi əsasında, proqram təminatına və ya digər qanuni üsullarla təqdim edilən aşağıdakı məlumatlar icra oluna bilər:
2.2.1. Digər hesablar və həmin hesablar üzrə aparılan əməliyyatlara dair məlumatlar, o cümlədən bu hesablar vasitəsilə mütəmadi əməliyyatlar aparılan digər xidmət təchizatçılarının hesab və ödəniş vasitələrinin eyniləşdirilməsi üçün zəruri məlumatlar;
2.2.2. Ödəniş əməliyyatlarına dair məlumatlar, o cümlədən (əməliyyatın eyniləşdirmə nömrəsi, əməliyyatın tarixi və məbləği, ödəniş alıcısının adı və ünvanı, ticarət nöqtəsinin adı və ünvanı, ticarət nöqtəsinin fəaliyyət kodu (MCC), satış tarixi, əməliyyat həcmi, satılan məhsul və ya xidmət növləri, geri ödəniş (chargeback) göstəriciləri və digər məlumatlar);
2.2.3. Bank hesabı və ödənişlərin həyata keçirilməsi ilə bağlı məlumatlar;
2.2.4. Xidmətlərin göstərilməsi üçün tələb olunan göstəricilər və detallı qeydlər, o cümlədən digər ödəniş hesabları və həmin hesablarla bağlı əməliyyatlar, xüsusilə hesab məlumatları xidmətlərinin təmin edilməsi zamanı zəruri olan göstəricilər.
2.2.5. Qanunvericiliklə icazə verilən hallarda və əlavə razılıq tələb olunduqda, Müqavilə [İstifadə Qaydaları] çərçivəsində yeni xidmət və məhsulların təqdim edilməsi üçün zəruri göstəricilər, yalnız məlumat subyektinin aydın razılığı əsasında əldə edilir.
2.2.6. Kommersiya və bank sirri qaydalarına riayət olunması üçün zəruri olan qeydlər (məlumatlar);
2.3. İlkin və davamlı maliyyə/risk qiymətləndirmələri üçün tələb olunan məlumatlar (məsələn, kreditin verilməsində vasitəçilik, kredit məhsullarının təqdim edilməsi və ya ticarət fəaliyyətinin monitorinqi zamanı). Bu məlumatlar aşağıdakıları əhatə edir:
· Kredit qabiliyyətinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi üçün zəruri olan məlumatlar;
· Vergi hesabatlığı, çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (CTF) üzrə öhdəliklərə əməl olunması üçün tələb olunan məlumatlar;
· Sahiblik və idarəetmə strukturu ilə bağlı göstəricilər, o cümlədən müvafiq hallarda benefisiar sahibin müəyyən olunmasına dair məlumatlar.

2.4. Cihazla bağlı tələb olunan göstəricilər::
2.4.1. Telefon, kompüter və ya digər cihazın IP ünvanı;
2.4.2. Cihazın modeli, əməliyyat sisteminin növü, brauzer və digər texniki məlumatlar;

2.4.3. Real vaxt rejimində məkan məlumatları;
2.4.4. Cihazın identifikasiyasını təmin edən digər göstəricilər (məsələn, cihazın İMEİ nömrəsi, MAC ünvanı və s.);
2.4.5. İstifadə statistikası: platforma üzrə fəaliyyət göstəriciləri, o cümlədən veb və axtarış tarixçəsi, performans göstəriciləri və digər əlavə məlumatlar.
2.5. Əlaqə məlumatları;
2.6. Audio, video və digər rabitə qeydləri, o cümlədən zəng yazıları, müştəri dəstəyi və hesab idarəetməsi ilə aparılan yazışma və əlaqələrin protokolları, həmçinin xidmət keyfiyyətinin təmin edilməsi, mübahisələrin həlli və tənzimləyici tələblərə uyğunluğun təmin olunması məqsədilə zəruri vizual və yazılı sənədlər.
2.7. Orta illik gəlir və ya mənfəətə dair məlumat;
2.8. Biometrik məlumatlar (barmaq izi, üz təsviri, səs yazısı və s.);
2.9. Kukilər. Veb-səhifələrimizə daxil olarkən fərdi məlumatların toplanması məqsədilə kiçik mətn faylları – kukilər istifadə oluna bilər. Kukilər cihazınızın identifikasiyasına imkan verir və əsasən istifadəçi davranışının təhlili məqsədilə işlənir. Qeyd olunur ki, kukilərdən asılı olmayaraq, əgər məlumatlar vasitəsilə şəxs müəyyən edilə bilirsə, həmin göstəricilər fərdi məlumat hesab olunur və yalnız mövcud qanunvericiliyə uyğun şəkildə emal edilə bilər.
2.10. Cihazınızdan və ya biznes sistemlərinizdən əldə olunan əlaqə məlumatları (telefon nömrələri, elektron poçt ünvanları, əlaqəli istifadəçi adları və s.) yalnız sizin açıq və qəti razılığınız əsasında toplanır və yalnız Platformanın konkret funksiyalarının təmin olunması məqsədilə istifadə edilir (məsələn, ödənişlərin həyata keçirilməsi, fakturaların göndərilməsi və ya səlahiyyətli nümayəndələrin müəyyənləşdirilməsi). Bu məlumatlar sizin əvvəlcədən razılığınız olmadan əldə edilmir və ya üçüncü şəxslərlə paylaşılmır, həmçinin müvafiq məlumatların qorunması və məxfilik qanunvericiliyinə tam uyğun şəkildə işlənir.

3. Məlumatların toplanılması prosesi

Toplanma mənbəyinə görə fərdi məlumatlar aşağıdakı kimi qruplaşdırırılır:
3.1. Məlumatların birbaşa sizdən əldə olunması. Emal olunan məlumatların əsas hissəsi bu kateqoriyaya aiddir və ad, soyad, ata adı, qeydiyyat ünvanı, doğum tarixi və yeri, maliyyə və digər əlaqədar göstəriciləri əhatə edir.
3.2. Platformadan istifadə zamanı toplanan məlumatlar. Bu məlumatlara əsasən cihaz haqqında göstəricilər, həmçinin Platformadan və təqdim olunan xidmətlərdən və məhsullardan istifadə nəticəsində əldə edilən digər göstəricilər daxildir. Toplanmış məlumatlar yalnız qanunvericiliyə və müqavilə öhdəliklərinə uyğun şəkildə emal edilir.

4. Məlumatların toplama məqsədləri

Biz “məqsədin məhdudlaşdırılması” prinsipi üzrə fəaliyyət göstəririk, yəni fərdi məlumatlar yalnız qanuni və konkret funksiyaların yerinə yetirilməsi üçün toplanır və işlənir. Bu məqsədlərə aşağıdakılar daxildir:
4.1. Xidmətlərin təminatı . Fərdi sahibkar olaraq tələb etdiyiniz xidmətlərin göstərilməsi üçün müəyyən şəxsi və biznes məlumatların işlənməsi zəruridir. Məsələn, sahibkar ödəniş hesabının açılması və idarə olunması üçün ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsi məlumatları, əlaqə vasitələri, biznes qeydiyyat məlumatları və bank hesabı məlumatları toplanır və emal edilir. Ödəniş əməliyyatlarının icrası zamanı ödəyici və alıcıya dair məlumatlar və əməliyyat detalları da işlənir. Qanunvericiliyin tələblərinə əsasən, vergi identifikasiya nömrəsi və hesabat göstəriciləri də emal edilə bilər ki, fiskal öhdəliklərin icrası təmin olunsun.
4.2. İstifadəçi davranışının təhlili. Sosial qiymətləndirmə aparılmasa da, kommersiya fəaliyyəti çərçivəsində məhsul və xidmətlərin tələblərinizə uyğunlaşdırılması məqsədilə istifadəçi davranışının təhlili həyata keçirilə bilər. Bu, xidmətlərin təkmilləşdirilməsinə və fərdiləşdirilmiş xidmət və məhsulların təqdim olunmasına imkan verir. 
4.3. Maliyyə və risk qiymətləndirilməsi. Ödəniş, hesablaşma və ya kreditləşmə xidmətlərinin göstərilməsi məqsədilə sahibkarın maliyyə vəziyyəti və əməliyyat riskləri qiymətləndirilə bilər. Məsələn, maliyyələşmə, təxirə salınmış hesablaşma və ya kredit vasitəçiliyi məhsullarının təqdim olunmasından əvvəl Platformadakı əməliyyat tarixçəniz, bəyan edilən vergi və maliyyə hesabatlarınız, həmçinin qanuni mənbələrdən əldə edilən digər məlumatlar nəzərdən keçirilə bilər. Bu qiymətləndirmə çirkli pulların yuyulması ilə mübarizə (AML), vergi öhdəlikləri və risklərin məsuliyyətli idarə olunması tələblərinə uyğun həyata keçirilir.
4.4. Marketinq və fərdiləşdirilmiş təkliflər. Fərdi məlumatlarınız, sizə və biznesinizə uyğun məhsul və xidmətlərin təqdim olunması məqsədilə işlənir. Bu, ödəniş həlləri, biznes alətləri, hesablaşma variantları və ya kommersiya fəaliyyətinizi dəstəkləyən maliyyələşdirmə məhsulları daxil olmaqla fərdiləşdirilmiş təkliflərin hazırlanmasını əhatə edə bilər. Eyni zamanda, zəruri hallarda tərəfdaşlarımızın təklif etdiyi ticarət krediti, maliyyə vəsaitləri və ya biznes əməliyyatlarınıza faydalı ola biləcək əlavə dəyər yaradan xidmətlər barədə məlumat verilməsi üçün əlaqə saxlanıla bilər.
4.5. Xidmətlərin təkmilləşdirilməsi. Yeni məhsul və funksiyaların hazırlaması, mövcud xidmətlərdə yaranan problemlərin aradan qaldırılması, xidmətlərin sınaqdan keçirməsi, elmi-tədqiqat və statistik təhlillərin aparılması məqsədilə fərdi məlumatlar işlənə bilər.
4.6. Təhlükəsizliyin təmin edilməsi. Xidmət və məhsullarıdan təhlükəsiz istifadənin təmin olunması məqsədilə təhlükəsizlik tədbirləri davamlı olaraq təkmilləşdirilir. Bu məqsədlə şəxsiyyət və əməliyyatların autentifikasiyası üçün fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarından istifadə edilir.
4.7.  Əlaqə saxlanılması. Əvvəlcədən təqdim edilmiş sorğu, müraciət və şikayətlərə cavab verilməsi, həmçinin xidmətlərin göstərilməsi ilə bağlı zəruri məlumatların çatdırılması məqsədilə Sizinlə əlaqə saxlanıla bilər.
4.8. Qanunvericiliyə uyğunluq. Fərdi məlumatlar mövcud qanunvericiliyə riayət etmək və hüquqi öhdəlikləri icra etmək məqsədilə emal oluna bilər.

5. Məlumatların saxlanılması

5.1. Şirkət, fərdi məlumatların daxili məlumat işləmə mərkəzlərində və bulud infrastrukturu üzərində saxlanılması hüququnu özündə saxlayır. Hazırda məlumatlar aşağıda qeyd olunan yerlərdə saxlanılır:
5.1.1. Daxili məlumat işləmə mərkəzlərində;
5.1.2. “PASHA Technology” MMC-nin bulud infrastrukturunda.
5.2. Fərdi məlumatlar bu Siyasət və Müqavilədə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün zəruri olduğu müddət ərzində saxlanılır. Göstəricilər artıq həmin məqsədlər üçün tələb olunmadıqda, onlar etibarlı üsullarla məhv edilir və bütün surətləri sistemlərdən silinir.

6. Məlumatların təhlükəsizliyinin təmin edilməsi

Şirkət fərdi məlumatların qorunmasını təmin etmək məqsədilə şifrələmə, kriptoqrafik çevrilmə, psevdonimləşdirmə (depersonalizasiya) və digər qabaqcıl texniki və təşkilati tədbirlər həyata keçirir. Məlumatlar həm daxili məlumat işləmə mərkəzində, həm də bulud infrastrukturunda saxlanılır və ötürülməsi zamanı şifrələnmiş formada qorunur.

7. Məlumatların ötürülməsi

7.1.  Yuxarıda qeyd edildiyi kimi, Şirkət öz xidmət və məhsullarını, eləcə də tərəfdaşlarının xidmət və məhsullarını təkmilləşdirir və onların marketinqini həyata keçirir. Bu məqsədlə bankların, texniki dəstək təminatçılarının, məsləhətçilərin və digər üçüncü tərəf xidmət təchizatçılarının xidmətlərindən istifadə olunur. Bu məqsədlə bəzən məlumatlar sizin razılığınız əsasında üçüncü tərəflərə ötürülə bilər. Üçüncü tərəflər dedikdə, bununla məhdudlaşmayaraq, aşağıdakılar nəzərdə tutulur:
7.1.1. Məlumatların təqdim edilməsini tələb etmək səlahiyyətinə malik dövlət orqanları;
7.1.2. Məhkəmələr.
7.1.3. Auditorlar;
7.1.4 Məsləhətçilər;
7.1.5 Ödəniş agentləri;
7.1.6 Texniki, marketinq, analitika, rabitə, informasiya texnologiyaları, məlumatların idarə edilməsi və digər xidmət təzhizatçıları ;
7.1.7 “PASHA Holding” MMC-nin nəzarəti altında fəaliyyət göstərən şirkətlər qrupuna daxil olan hüquqi şəxslər.
7.2. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulan qaydada ödəniş əməliyyatının icrası üçün zəruri olan məlumatların üçüncü şəxslərə verilməsi bu Siyasətin tərəfimizdən pozulması hesab edilmir.
7.3. Bütün hallarda fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
7.4. Xidmətlərin göstərilməsi, hesabların idarə olunması və hüquqi öhdəliklərin yerinə yetirilməsi məqsədilə (Siyasətin 2-ci bəndində təsvir olunan) məlumatlarınız Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülə bilər. Belə ötürmələr müvafiq qanunvericiliyə uyğun olaraq yalnız beynəlxalq maliyyə institutlarına, dövlət orqanlarına, tənzimləyici qurumlara, xidmət təminatçılarına və ya kommersiya fəaliyyətinizi dəstəkləmək, təhlükəsiz əməliyyatların həyata keçirilməsini təmin etmək və vergi, çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) və digər normativ tələblərə riayət etmək məqsədilə zəruri olan biznes tərəfdaşlarına edilə bilər.

8. Siyasətə dəyişikliklər

Bu Siyasət dövri olaraq yenilənə və dəyişdirilə bilər.

9. Məsuliyyət

9.1. Təqdim etdiyiniz məlumatların düzgünlüyünə, vaxtında yenilənməsinə və tamlığına görə tam şəkildə məsuliyyət sizə aiddir. Yanlış, natamam və ya saxta məlumat təqdim edildiyi halda, Şirkət qeydiyyatınızı və/və ya Platforma və veb-saytdan istifadə imkanlarınızı müvəqqəti dayandırmaq və ya tamamilə rədd etmək hüququna malikdir. Şirkət, təqdim edilmiş məlumatların yalan və ya natamam olmasının nəticələrinə görə hər hansı məsuliyyət daşımır.
9.2. Siz təsdiq edirsiniz ki, Platformadan stifadə etmək üçün bütün zəruri hüquqi səlahiyyətlərə sahibsiniz və bu hüquqlara malik olmadan Platformadan istifadə etmirsiniz.