Xidmətləri m10-la ödə — bonuslar qazan

Artıq terminal axtarmağa ehtiyac yoxdur — bütün xidmətlər bir tətbiqdədir

Tətbiqi yükləməkTətbiqi yükləmək

400-dən çox ödəniş artıq m10-da

Kommunal xidmətlər

İnternet

Mobil operatorlar

Kabel TV

Telefon

BakıKart

Və daha çoxu

Evdən çıxmadan ödə

Qaz ödənişini bir neçə kliklə et — Gallus və Zenner kartlarının balansını birbaşa telefondan artıra bilərsən

Oyunu yarımçıq qoyma — hesabını artır və qaldığın yerdən davam et

Nə ödəmək istəsən, hamısı buradadır — kommunal, internet, mərc oyunları və daha çoxu

Aylıq ödənişlərinə xatırlatma qur — vaxtı gələndə biz sənə xəbər verək

Lazım olan bütün xidmətlər – bir tətbiqdə

Tez-tez verilən
suallar

m10 tətbiqində necə qeydiyyatdan keçim?

Çox sadə. Heç 2 dəqiqə vaxtını almayacaq.
• “AppStore” və ya “Google Play Market”də m10 tətbiqini tap və smartfonuna quraşdır.
• Telefon nömrənlə qısa zamanda qeydiyyatdan keç.
Vəssalam. m10 tətbiqini istifadə etməyə hazırsan

m10 ilə harada ödəyə bilərəm?

m10 ilə 20 000-dən çox satış nöqtəsində ödəniş edə bilərsən. Tərəfdaşların tam siyahısına tətbiqdən bax. QR kodla ödə və xərclədiyin məbləğin bir hissəsini bonuslar şəklində geri al.

m10-da necə qazana bilərəm?

m10 ilə ödəniş etdikcə bonuslar qazanırsan. Kommunal xidmətlər, internet, mobil rabitə və mağazalarda QR ilə ödəniş zamanı xərclədiyin məbləğin bir hissəsi bonuslar şəklində geri qaytarılır.

Ödəniş şablonları necə yarada bilərəm?

Biz bunu sənin əvəzinə artıq etdik. İndi tez-tez etdiyin ödənişlər avtomatik olaraq "Ödənişlərim" hissəsinə əlavə olunur. Onların adını rahat dəyişdirə və silə bilərsən.

Doğrudur ki, m10-dan pullar oğurlanır?

Sən m10-a tam etibar edə bilərsən. Biz sənin m10-da pullarının təhlükəsizliyini təmin etmək üçün 24/7 çalışırıq və ən müasir müdafiə sistemlərini tətbiq edirik. Lakin bəzi m10 istifadəçiləri dələduzlarla qarşılaşır. Lütfən diqqətli ol və
• bank kartının nömrəsini
• bank kartının CVV şifrəsini
• OTP kodunu (SMS ilə göndərilən kod)
heç kimə VERMƏ, GÖNDƏRMƏ, GÖSTƏRMƏ və heç kimlə PAYLAŞMA!!!Bu sadə prinsipə riayət etməklə, pullarının potensial risklərdən qorumuş olacaqsan.

m10-da nömrəmi necə dəyişim?

Təəssüf ki, hazırda nömrəni dəyişə bilmirik. Amma sən başqa nömrə ilə qeydiyyatdan keçə və bir neçə m10 hesabından istifadə edə bilərsən.

m10-da köçürmələrə komissiya tətbiq edilir?

Pulqabılar arasında edilən köçürmələrə komissiya tətbiq olunmur. Pulqabından karta köçürmələrdə müəyyən limit və kiçik komissiya tətbiq olunur. 5000 ₼-dan çox köçürmələrdə məbləğin 0.5%-nə komissiya tətbiq olunacaq. 20000 ₼-dan çox köçürmələrdə məbləğin 0.3%-nə komissiya tətbiq olunacaq.

m10-u yüklə

Yükləmək üçün telefonun kamerası ilə QR kodu skan et