m10-u yüklə
Yükləmək üçün telefonun kamerası ilə QR kodu skan et
Dələduz nə edir
Biz bunu yalnız tətbiqdə edirik və heç vaxt minimal ödəniş istəmərik
Veb-saytda pul uduşu və hədiyyələr vəd edir
Adətən səhifəyə “loto-”, “money-” v.s. kimi adlar verir
Öz səhifəsini m10 səhifəsi kimi təqdim edir
Sonra da sənin əvəzinə pul qabına daxil olur
SMS-lə göndərilən kodu istəyir
Sizi aldadıblar?
m10-dakı pullarım etibarlı əllərdədir?
Bəli, m10 pullarını qoruyur. Pullarının təhlükəsizliyini təmin etmək üçün komandamız yorulmadan bütün lazımi tədbirləri həyata keçirir.
Doğrudur ki, m10-dan pullar oğurlanır?
Sən m10-a tam etibar edə bilərsən. Biz sənin m10-da pullarının təhlükəsizliyini təmin etmək üçün 24/7 çalışırıq və ən müasir müdafiə sistemlərini tətbiq edirik. Lakin bəzi m10 istifadəçiləri dələduzlarla qarşılaşır. Lütfən diqqətli ol və
- bank kartının nömrəsini
- bank kartının CVV şifrəsini
- OTP kodunu (SMS ilə göndərilən kod)
heç kimə VERMƏ, GÖNDƏRMƏ, GÖSTƏRMƏ və heç kimlə PAYLAŞMA!!!

Bu sadə prinsipə riayət etməklə, pullarını potensial risklərdən qorumuş olacaqsan.
m10 əməkdaşı mənə zəng edə bilər?
m10 əməkdaşları səninlə yalnız şirkətin rəsmi e-mail ünvanı və ya 0124044114 nömrəsi ilə əlaqə saxlaya bilər. Əməkdaşlarımız heç bir halda bank kartının məlumatlarını, CVV şifrəsini və ya OTP-kodunu, hər hansı əməliyyatın həyata keçirilməsi üçün səndən tələb etmir.
Əgər “PashaPay” və ya “m10” adından səninlə əlaqə saxlayıb həmin məlumatları tələb etsələr, bil ki, bu şəxslərin bizim şirkətə heç bir aidiyyəti yoxdur. Ehtiyatsızlıqdan məlumatlarını digər (üçüncü) şəxslərlə paylaşıb elektron pul qabından ya hesabından oğurluq halı ilə üzləşdiyin zaman, “PashPay” heç bir məsuliyyət daşımayacaq.
m10 balansımdan pul oğurlanıb. Mən nə edim?
Həmişə ayıq-sayıq olmağı və məxfi məlumatlarla ehtiyatla davranmağı tövsiyə edirik. Şübhəli yaxud xoşagəlməz hallarla üzləşsən, lütfən aşağıdakı addımları at:
Tətbiqi blokla - Bizim Çağrı Mərkəzinə *8810 nömrəsinə zəng et.
Zəng et – 102 qaynar xəttinə və ya Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət et.
Mühüm məlumatları yadda saxla - Hadisəni araşdırmaq üçün bizə istənilən məlumat lazım ola bilər.

Sənin təhlükəsizliyin bizim prioritetimizdir və biz daim səni hər addımda dəstəkləməyə hazırıq.
Dərhal bizə xəbər et.
Veb-sayt, saxta profillərin skrinşotları və ya yazışmalar bizə çox kömək ola bilər.
Dələduza rast gəldin?
Hər zaman xidmətinizdəyik!
Biz ünsiyyəti sevirik! Bütün sual və istəklərinizi cavablandırmağa hazırıq!