QR biletini birbaşa m10-da al və nəqliyyatdan rahat və tez istifadə et!
m10-a daxil ol və "BakıKart" bölməsinə keç. Aldığın QR bileti avtobuslarda oxuyucu kameraya və ya metroda turniketin kamerasına yaxınlaşdıraraq skan edə bilərsən.
Hər səfər 0.50 manatdır, hətta hava limanına gedərkən belə. Bilet alındıqdan sonra bir dəqiqə ərzində aktivdir. Əgər biletdən istifadə etməsən, 0.50 manat balansına geri qaytarılacaq.
Nəzərə al ki, QR bileti almaq üçün balansında ən azı 0.50 manat olmalıdır. Balansında kifayət qədər vəsait olduğu halda, sadəcə "Bileti al" düyməsini basaraq bir neçə saniyə ərzində bileti ala bilərsən.
Qeyd: İstifadə olunmamış biletin məbləği 1 gün ərzində geri qaytarılır.