m10 tətbiqini yenilə və "BakıKart bileti" bölməsinə daxil ol. QR biletini avtobusdakı və ya metrodakı turniket kamerasına yaxınlaşdıraraq skan edə bilərsən.
- Birinci və beşinci gediş m10-un yeni istifadəçiləri və m10-da BakıKart-ı ilk dəfə istifadə edən daimi istifadəçilər üçün pulsuz olacaq.
- Ən azı bir, ən çox isə dörd gediş etmiş istifadəçilər üçün yalnız beşinci səfər pulsuz olacaq.
- Beş gedişdən çox etmiş istifadəçilər pulsuz gediş əldə edə bilməyəcəklər.
Kampaniya 31 oktyabr tarixinədək aktiv olacaq. Kampaniya çərçivəsində hər bir səfər 0.50 qəpik olacaq, hətta hava limanı istiqamətində getdiyiniz zaman belə. Əgər bileti 30 dəqiqə ərzində istifadə etməsəniz, balansda bloklanmış olan 0.50 qəpi geri qaytarılmayacaq.
Diqqət:- QR bilet almaq üçün balansınızda ən azı 0.50 qəpik olmalıdır. Əgər balansda kifayət qədər pulun varsa, "bilet al" düyməsini seçərək QR-bileti bir neçə saniyə ərzində ala bilərsən.
- Pulsuz QR bileti üçün — 0.50 qəpik bloklanmır.
- Pulsuz QR bileti istifadə edildikdən sonra — faktiki bilet qiyməti silinmir.
- Adi QR bileti alındıqda — 0.50 qəpik bloklanır.